Baş nazirin Milli Məclisin sabah keçiriləcək plenar iclasında videohesabatı dinləniləcək.

Unikal.org xəbər verir ki, Baş nazir Əli Əsədov parlamentin aprelin 9-da keçiriləcək iclasında videohesabatında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətini təqdim edəcək.

Videohesabat təqdim olunandan sonra aparılacaq müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.