Çindən dünyaya yayılan və qısa müddət ərzində bütün dünyada təsirli olan koronavirus epidemiyasında yeni bir iddia ortaya çıxıb.

Unikal.org ABŞ KİV-ə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi, Harvard Universiteti, Kimya və Kimya Biologiyasının rəhbəri Dr. Çarlz Liberin koronavirusu laboratoriya şəraitində istehsal edib, Çinə satdığına görə həbs olunduğu iddialarını rədd edib.

Belə ki,  Liberin həbsinin virusla əlaqəli olmadığı və akademik cinayət törətdiyi və Çindən maliyyələşdirilməsi ilə bağlı “saxta açıqlamalar” verdiyinə görə yanvarın 28-də həbs olunduğu açıqlanıb.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkədə yayılan bu iddiaya görə, Çarlz Liber virusu ABŞ-da istehsal edərək Çindəki Uhan Texnik Universitetinə satması barədə məlumatlar ortaya çıxmışdı. 

Söz mövzusu olan iddia, 7 apreldə sosial şəbəkə hesablarından müxtəlif dillərdə 79 mindən çox dildə paylaşılıb. Sonradan 60 yaşlı Liberin həbs olunduğu öyrənilib.

ABŞ, mövzu ilə əlaqədar açıqlama verərək, sosial şəbəkədə paylaşılan iddiaları təkzib edib.