Yeni Azərbaycan Partiyası “Sağlamlığımız həmrəyliyimizdədir” devizi altında #EVDƏQAL adlı aksiyaya start vermiş və qısa zaman kəsiyində kapmapaniya ölkə miqyası almış bir çox şirkət, ictimai birliklər, işadamları bu kampaniyaya qoşularaq aztəminatlı ailələrə yardımlar etməyə başlamış və YAP Ağdaş rayon təşkilatı da 150-dək tək-tənha, ahıl insanlara gigiyenik vasitələr çatdırıblar.

Unikal.org xəbər verir ki, millət vəkili, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun təşkilatçılığı ilə rayonda olan 200 aztəminatlı ailəyə ərzaq və gigiyenik məhsulların 6-7 aprel tarixlərində evlərinə çatdırılıb.