Çinin Hubey əyalətinin Uhan şəhərində yeni koronavirus (COVID-19) virusuna Avropada yoluxanların sayı 750 mini keçib.

Unikal.org xəbər verir ki, Avropanın mərkəzi ölkələrində, İspaniyada koronavirus epidemiyasında ölənlərin sayı son 24 saatda 757 artaraq 14 555-ə, İtaliyada isə yoluxanların sayı 135 min 586, ölənlərin sayı 17 min 127-ə yüksəlib.

Dünyada koronavirusa yoluxanların sayı 1 milyon 446 min 557-ə çatıb.