Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Respublika ərazisində fəaliyyət göstərən xəstəxana və müvəqqəti yaradılan düşərgələrdə formalaşan təhlükəli tibbi tullantıların qanunvericiliyə uyğun idarə olunmasına nəzarət edilir.

Unikal.org-un məlumatəna görə, Təhlükəli Tullantılar Poliqonunun direktoru Firuddin Əliyev jurnalistlərə bildirib ki, təhlükəli tibbi tullantıların normalara uyğun utilizasiyası məqsədilə
 tibb müəssisələrinə
xüsusi torbalar və konteynerlər paylanılıb.

 "Tibbi tullantılar  təhlükəlilik kateqoriyasına görə çeşidlənir və xüsusi ayrılmış avtomobillərlə daşınaraq xüsusiləşdirilmiş müəssisələrin insinerator qurğusunda yandırılma üsulu ilə zərərsizləşdirilir

Daşınmadan sonra avtomobillər dezinfeksiya olunur.

Yandırılma zamanı əmələ gələn kül  Təhlükəli Tullantılar Poliqonunun ərazisində xüsusi ayrılmış yerlərdə basdırılır.

Nəzarət və utilizasiya prosesinin təşkili tədbirləri tərəfimizdən davam etdirilir".