Əfqanıstanın cənubundakı Kandahar əyalətinin Daman bölgəsində raket zərbəsi nəticəsində 3 uşaq ölüb və 9 uşaq yaralanıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Qəndəhar Polis İdarəsinin sözçüsü Cemal Barikzey verdiyi açıqlamada, Daman mahalında naməlum bölgədən atılan raket hücumu nəticəsində bir evi məhv etdiyini bildirib.

Hücumda 3 uşağın öldüyünü ifadə edən Barikzey, 9 uşağın yaralandığını qeyd edib.

Barikzey, raket hücumunun kim tərəfindən atıldığını araşdırıldığını bildirib.