Türkiyədə koronavirusdan ölənlərin sayı 812 nəfərə yüksəlib.

Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində yazıb. Bu gün 87 nəfər virusa məğlub olub. 4117 nəfərdə isə yeni yoluxma halı aşkarlanıb.

Bununla da koronavirus xəstələrinin sayı 38 min 226 nəfər olub.