Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ ötən günlərdə koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya aparılaraq karantinə alınmışdı.

Unikal.org xəbər verir ki, koronavirus testinin nəticəsi neqativ çıxan məşhur aktyorun sətəlcəm olduğu məlum olub.

O, müalicə olunduqdan sonra evə buraxılıb. Kıvanç Tatlıtuğun bu barədə sosial şəbəkədə açıqlama verməməsi izləyicilərini təəccübləndirib.