“Yuventus” klubu ulduz futbolçusu Kristiano Ronaldo ilə bağlı qərarını verib.

Unikal.org xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı futbolçunu satmağa hazırlaşır. Klubun COVİD-19 epidemiyasının onlara verdiyi maddi zərər səbəbi ilə bu addımı atdığı bildirilir. Klub Ronaldonun təzminat qiymətini 57 milyon avro olaraq müəyyənləşdirib. Ronaldo “Yuventus”da illik 31 milyon avro qazanır.

Qeyd edək ki, Ronaldonun "qoca sinyora" ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.