Rusiya paytaxtında COVID-19 diaqnozu qoyulmuş daha yeddi nəfər ölüb.

Unikal.org xəbər verir ki, koronavirusla bağlı vəziyyətə nəzarət edən operativ qərargaha istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla bağlı vəziyyətin monitorinqi məqsədilə yaradılmış operativ qərargahdan bildirilib.

Xəstələr 49-90 yaşları arasında olub.

“Xəstələrdə şəkərli diabet, hipertoniya, kardioskleroz, pielonefrit, mədəaltı vəzin atrofiyası kimi digər xəstəliklər də olub. Yoluxanların üçü xroniki bronxitdən əziyyət çəkib”, - məlumatda belə deyilir.

Qeyd edək ki, Rusiyada bu günə olan məlumata əsasən, 8672 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.