İranda son sutka ərzində daha 117 nəfər koronavirusdan vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bununla da İranda koronavirusdan vəfat edənlərin sayı 4110 nəfərə çatıb.

Ölkədə 1634 yeni yoluxma faktı qeydə alınıb.

Bu günədək İranda 66 220 nəfər koronavirusa yoluxub, onlardan 32 309 nəfər sağalıb.

Eyni zamanda İran Səhiyyə Nazirliyinin məlumatında qeyd edilir ki, 3 918 pasiyentin vəziyyətinin ağır olduğunu söyləyib.