Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Qida Proqramı, Cənubi Afrika ölkələrindən biri olan Zimbabvedə 500 min insanın  ac qaldığını açıqlayıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (WFP) verdiyi açıqlamada, əhalisinin yarıdan çoxunun aclıqla qarşılaşdığı Zimbabvedə 500 min insanın ciddi aclıq kateqoriyasına girdiyi bildirilib.

Açıqlamada, ölkədə son araşdırma “Şiddətli qida çatışmazlığı yaşayan Zimbabvelinin sayının ötən ilin sonunda 3,8 milyondan 4.3 milyona qədər artdığını” qeyd edib.

Ümumdünya Qida Proqramı (WFP) Zimbabve direktoru Eddie Rowe, yeni növ koronavirus (Kovid-19) epidemiyasının daha geniş və dərin bir ümidsizlik yaratdığını, ölkədə insanların əksəriyyəti aclıqla mübarizə etdiyini söyləyib. “Bu faciənin fəlakətə çevrilməməsi üçün əlimizdən gələni etməliyik” deyərək Rowe, aclıqla mübarizə üçün təcili tədbirlər görülməli olduğunu söyləyib.

Ümumdünya Qida Proqramı (WFP), quraqlıq və iqtisadi çətinliklər səbəbiylə aclıq böhranı yaşayan Zimbabvelilərə ərzaq çatdırmaq üçün 130 milyon dollarlıq “təcili” yardım tələb edib.

Mövsümi yağışların azalması və heyvanların məhv olması səbəbindən kənd təsərrüfatı məhsuldarlığının azaldığı kənd yerlərində 5,5 milyon insanın ərzaq təhlükəsizliyi təmin olunmur, şəhərlərdə 2,2 milyon insan kifayət qədər su və ərzaq ala bilmir.

Elektrik enerjisi və suyun müəyyən saatlarda alternativ olaraq istifadə edilə biləcəyi 14 milyon əhalisi olan ölkədə iqtisadi böhranın səbəb olduğu hiperinflyasiya səbəbiylə insanlar ərzaq məhsulları almaqda çətinlik çəkirlər.