Oxfam Beynəlxalq Yardım Agentliyi dünyada yarım milyarddan çox insanın koronavirusun iqtisadi təsiri səbəbindən yoxsulluq vəziyyətinə düşə biləcəyini bildirib.

Unikal.org  xarici KİV-ə istinadən məlumat verir ki ,Təşkilatın verdiyi açıqlamada, koronavirus pandemiyasından təsirlənən yoxsul ölkələrə təcili olaraq dəstək verilmədiyi təqdirdə, dünyada yarım milyarddan çox insanın yoxsulluğa sürüklənəcəyi xəbərdar edilib.

Açıqlamada, koronavirusla mübarizə sahəsindəki iqtisadiyyatların aşağı düşməsinin qlobal yoxsulluqla mübarizəni poza biləcəyi, Sub-Sahara Afrika, Şimali Afrika və Yaxın Şərqə mənfi təsir göstərəcəyi qeyd edilib.

Londondakı Kolleclər və Avstraliya Milli Universiteti ilə ortaqlıqda aparılan araşdırmalara görə, koronavirus səbəbiylə gəlirlərin 20 faiz azalması dünyada təxminən 548 milyon insanın yoxsulluq deməkdir.

Oxfam açıqlamasında kasıb ölkələrin təcili xilasetmə paketləri ilə təmin edilməsinə və qrant proqramları ilə kiçik müəssisələrin xilas edilməsinə çağırılıb.