Koronavirus epidemiyasından ən çox təsirlənən qitə olan Avropada həyat normala dönməyə başlayır. 

Unikal.org məlumat verir ki, Almaniya, Belçika, Hollandiya, Avstriya, İsveçrə “normallaşma hərəkətlərinə” bu həftənin sonunda ediləcəyini açıqlayıb. Bu çərçivədə qadağalar tədricən qaldırılsa da, ictimai yerlər açılacaqdır.

Belə ki, AB üzv ölkələrindən fərqli bir strategiya aparan və toplu olaraq “yoluxacağını” düşünən İngiltərədən başqa bir çox ölkə normallaşma prosesinin təfərrüatlarını ictimaiyyətlə bölüşüb.

Vaşinqton Universiteti İHME İnstitutu İngiltərədə yalnız 66.000 insanın koronavirusdan ölə biləcəyini açıqlayıb. 

İnstitut Avropada ölənlərin ümumi sayının 151 min  680 olduğunu qeyd edib.