Türkiyədə Zonguldakda 52 yaşlı mədən işçisi koronavirus xəstəliyi ilə əlaqədar 10 gün əvvəl Atatürk Dövlət Xəstəxanasına yerləşdirilib. 

Unikal.org məlumat verir ki, koronavirus epidemiyasından əziyyət çəkən və 10 gün xəstəxanada müalicə alan mədən işçisi bütün müdaxilələrə baxmayaraq həyatını itirib. 

Zonguldakdan tutulduğu koronavirüs epidemiyası səbəbiylə həyatını itirən mədən işçisi Kamal Soytürkün dostu ilə ölümündən əvvəl yazışmalar ortaya çıxıb. 

Belə ki, xəstə bütün ağrılarını dostuna deyərək, onları və ailəsini qorunmağa səsləyib.