Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məlumat verib. Onun sözlərinə görə, indiyədək Türkiyədə 3 Azərbaycan vətəndaşında infeksiya aşkarlanıb.

Səfir bildirib ki, həmin şəxslərdən ikisi evə buraxılıb, digəri xəstəxanada müalicəsini davam etdirir.

Qeyd edək ki, bu günədək Türkiyədə 908 nəfər koronavirusdan dünyasını dəyişib, yoluxanların sayı ilə 42 min 282 nəfərə çatıb.