Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun Müşfiq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı 1985-ci il təvəllüdlü Musayev Ceyhun Xanlar oğlu və 1992-ci il təvəllüdlü Hüseynzadə Mehman Eyvaz oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hər iki şəxsə kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiyaya yerləşdiriliblər. Musayev Ceyhunun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.(report.az)