FIFA futbol üzrə milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Unikal.org xəbər verir ki, fevral ayı ilə müqayisədə Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Yığma komandamız siyahıda 1177 xalla 114-cü pillədə qərarlaşıb.

İlk üçlükdə Belçika (1765), Fransa (1733) və Braziliya (1712) yığmaları yer alıb.