Koronavirus səbəbi ilə işləməyən türkiyəli müğənni Ebru Gündeş heyyətini maaş sisteminə keçirib.

Unikal.org xəbər verir ki, işçilərini çətin vəziyyətdə qoymaq istəməyən sənətçi 30 nəfərdən ibarət kollektivinin hər birinə 4 min lirə (təxminən 1000 manat) məvacib verib.

Ümumi olaraq 120 min lirə (30 min manat) xərcləyən E.Gündeş karantindən öncəki konsertində 450 min lirə (112 min manat) gəlir əldə etmişdi.