Birləşmiş Millətlər Təşkilatı (BMT) yeni koronavirus epidemiyasının prezervativ çatışmazlığına səbəb olduğunu və bunun mənfi nəticələrə səbəb ola biləcəyini açıqlayıb.

Unikal.org xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun açıqlamasında bildirilib ki, ölkələr prezervativə olan ehtiyacın 100-də 50-60 faizini təmin edə bilir. 

"Sərhədlərin bağlanması və digər tədbirlər bəzi ölkələrdə bu məhsulun istehsal edilməsinin qarşısını alıb, məhsulların daşınmasına təsir edib".

Açıqlamada o da deyilir ki, prezervativ qıtlığı "ailələrdə planlaşdırılmayan hamiləliklərin artmasına" və "potensial olaraq dağıdıcı səhiyyə və sosial problemlərə" səbəb ola bilər.