Çinin Uhan şəhərində meydana gələn koronavirus pandemiyası qısa zamanda dünyanın bir çox ölkəsində minlərlə can alıb. 

Unikal.org xəbər verir ki, koronavirusun ən çox ziyan vurduğu ABŞ və İtaliyada ölənlərin sayı durmadan artır. 

Belə ki, ABŞ-ın ən böyük ştatlarından biri olan Nyu-Yorkda 7 mindən çox insan həyatını itirib. Nyu- York rəsmilərivirusdan ölən insanların cəsədlərini toplu şəkildə dəfn etmək qərarına gəliblər. 

Kütləvi məzarlar Nyu-Yorkun şimal-şərqindəki Bronxda Long Island Sesin qərb ucunda yerləşən Hart adasında koronavirusdan ölənlər üçün qazılmağa başlanılıb.  Buradan şəhər mərkəzindən gəmilərlə daşınan cəsədlər xüsusi sarıldıqdan sonra tabutlarla dəfn edilir.Hər gün 30-a yaxın cəsəd adaya gətirilərək, tabutlara qoyulub, yan-yana açılan uzun çuxurlara basdırılır.

Qeyd edək ki, Nyu-York Qubernatoru Andrew Cuomo keçirdiyi mətbuat konfransında son 24 saat ərzində 799 insanın həyatını itirdiyini və ardıcıl üç gündə rekord sayda ölüm hallarının yaşandığı ştatda ümumi ölümlərin 7 min 67-ə çatdığını bildirib.