Son 24 saatda İranda yeni koronavirus səbəbiylə həyatını itirənlərin sayı 122 nəfər artaraq 4 min 232-yə çatıb.

Unikal.org İran KİV-ə istinadən məlumat verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur, dövlət televiziyasında canlı yayımlanan açıqlamasında, “COVID-19” səbəbiylə son 24 saat ərzində 122 adamın həyatını itirdiyini və aşkar edilən yeni yoluxma hallarının sayının 972 olduğunu açıqlayıb.

Beləliklə, Cihanpur, “COVID-19” səbəb olduğu həyat itkisinin 4 min 232-yə qədər artdığını və yoluxanlarının sayının 68 min 192-ə çatdığını qeyd edib.

Cihanpur, xəstəxanalarda müalicə olunan xəstələrin 3 min 969-nun kritik olduğunu da bildirib.