Koronavirus (COVID-19) hadisəsi hələ də aşkar edilməyən, Çinin sərhəd qonşusu Tacikistanın şimalında xəstəxana karantinə alınıb.

Unikal.org Tacikistan mətbuatında yer alan xəbərə istinadən məlumast verir ki, ölkənin şimalındakı Cabbar Rəsulov rayon xəstəxanası profilaktik məqsədlə 14 gün ərzində içərisində 397 nəfər olmaqla karantin altına alınıb.

Mətbuata açıqlma verən, xəstəxananın baş həkimi Dilmurod Rəhmətullayev, bir şəxsin pnevmoniyadan öldüyü xəstəxananın 182 xəstənin, 35 xəstə qohumunun və 180 işçinin olduğunu bildirilib.

Testin nəticələrinə görə, Rahmatullayev xəstəxanada olanlar arasında koronavirusun aşkarlanmadığını, lakin yüksək atəşi olan 7 nəfərin yoluxucu xəstəliklər üçün xəstəxanaya köçürüldüyünü də qeyd edib.