İsveçdəki xəstəxananın koronavirus müalicəsi ilə məşğul olan həkimlərə verdiyi “80 yaşdan yuxarı xəstələri reanimasiyada qəbul etməyin” təlimatı böyük reaksiyalara səbəb olub.

Unikal.org məlunat verir ki, ölkədəki “Aftonbladet” qəzetinin yazdığına görə, qalmaqal təlimatı araşdırmaları ilə tanınan Karolinska Universiteti Xəstəxanası tərəfindən verilib.

Belə ki, xəstəxana rəhbərliyi tərəfindən koronavirus pandemiyası səbəbindən, reanimasiya çatışmazlığı üzrə  80 yaşdan yuxarı insanlardan reanimasiyaya qəbul edilməməsi üzrə təlimat verilib. 

Təlimat İsveç mətbuatında "80 yaşdan yuxarı reanimasiya yoxdur" başlığı altında əks olunub, xəstəxanaya  bu mövzu ilə əlaqədar böyük reaksiyaya səbəb olub.