Özbəkistanın paytaxtı Daşkənddəki doğum evində yeni bir növ koronavirus (COVID-19) şübhəsi ilə karantinə alınıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Sanitariya Nəzarəti Agentliyinin prezidenti Nurmat Atabekov verdiyi açıqlamada, Daşkənddəki doğum xəstəxanasında hamilə qadında koronavirus aşkar edilib və bu səbəbdən  xəstəxana işçiləri ilə birlikdə karantin altına alındığını söyləyibş

Qeyd edək ki, 3 nəfərin öldüyü və 38 nəfərin sağaldığı Özbəkistanda 624 koronavirus hadisəsi aşkar edilib, 84 min adam karantində saxlanılır.