Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) sürətlə yayılmağa davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər bu virusa yoluxub sağaldıqdan sonra yenidən xəstə olmaq ehtimalının olduğunu bildiriblər.

Həmin fikir Cənubi Koreyada baş verən hadisə ilə öz təsdiqini tapıb. Belə ki, son sutka ərzində daha əvvəl koronavirusa yoluxub müalicə alaraq sağalan 91 nəfərdə yenidən virus aşkarlanıb. Ötən günlərdə koronavirusdan sağalan daha 51 nəfər bu virusa yoluxmuşdu.

Qeyd edək ki, Cənubi Koreyada koronavirusdan 208 nəfər dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı isə 10 450-ə yüksəlib.