Bütün dünyada insanları qorxuya salan yeni növ koronavirusla (Covid-19) bağlı araşdırmalar davam etdirlir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Hollandiyanın Eyndhoven Texnologiya Universiteti bu virusla bağlı apardıqları araşdırmanın nəticələlərini açıqlayıb.

Belə ki, əksər ölkələrdə hərəkətsiz dayanan insanlar arasında 1-2 metr sosial məsafə saxlanılmalı olduğu bildirilsə də, gəzərkən və qaçarkən bu məsafələr artırılmalıdır.  Araşdırmanın nəticələrinə görə, gəzən insanların arasındaki zəruri məsafə 4-5 metr, qaçan və ya velosiped sürən insanlar arasındaki məsafə isə 10 metr olmalıdır.

Koronavirusun qaçarkən necə yayıldığı video vasitəsilə göstərilib.