Yeni növ koronavirusun (Covid-19) ən geniş yayıldığı ölkə ABŞ-dır.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, koronavirusa yoluxanların sayının yarım milyona yaxınlaşdığı ABŞ-da marketlərdə ərzaq qıtlığı yaşanır. 

San-Antoni şəhərində lentə alınan görüntülərdə 6 min avtomobilin ərzaq almaq üçün sıra gözlədiyi görülür. 12 saat davam edən gözləmədən sonra insanlar ehtiyacları olan məhsulları ala biliblər.