Yeni növ koronavirusun (Covid-19) geniş yayıldığı ölkələrdən biri də İngiltərədir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, vəziyyətin ağırlaşdığı İngiltərədə bu dəfə 101 yaşlı Keith Watson koronavirusa qalib gəlib. O, ölkədə koronavirusdan sağalan ən yaşlı adam olub.

Qeyd edək ki, İngiltərədə koronavirusa 65 077 nəfər yoluxub, onlardan 7 978-i bu səbəbdən vəfat edib.