“Kapital Bank” ASC-nin səhmdarlarının aprelin 1-nə keçirilmiş ənənəvi ümumi yığıncağının qərarına əsasən, Bankın səhm sahiblərinə dividend ödənilməsinə başlanılıb.

Unikal.org xəbər verir ki, Bakıda yaşayan səhmdarlar dividend almaq üçün "Kapital Bank"ın paytaxtın Səbal rayonu, Bülbül prospekti, 60 ünvanında yerləşən "Mərkəz" filialına, digər şəhər və rayonlarında yaşayan səhmdarlar isə Bankın yerli filiallarına şəxsiyyəti təsdiq edən sənədlə müraciət etməlidir.

Dividendin məbləği hər səhm üzrə 4,6 manatdır.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 225,85 milyon manatdır. Bankın səhmlərinin 99,88%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 0,12%-i isə 188 fiziki şəxsə məxsusdur.