Azərbaycanda indiyə qədər koronavirusdan ölən və sağalananların sayı məlum olub.

Bu barədə Unikal.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Bildirilib ki, indiyə qədər koronavirusa yoluxanlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər isə vəfat edib.

Qeyd edək ki, Azərbaycanda hazırkı dövrədək 1 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.