Rusiya paytaxtında yeni növ koronavirus infeksiyasına yoluxmuş daha on xəstə ölüb.

Unikal.org  “TASS”-a istinadən xəbər verir ki, bu barədə paytaxtda koronavirusla əlaqəli vəziyyətə nəzarət funksiyası daşıyan Operativ Qərargah məlumat yayıb.

“Moskvada ikitərəfli pnevmoniya diaqnozu qoyulmuş daha 10 xəstə öldü, onların koronavirus infeksiyası üçün testləri pozitiv nəticə vermişdi”, - məlumatda belə deyilir. Ölənlər arasında 39 yaşdan 80 yaşa qədər olan xəstələrin olduğu qeyd edilir. 39 yaşlı xəstə hipertoniyadan əziyyət çəkirdi.

“Bütün xəstələrdə digər xəstəliklər, xüsusən də ürək-damar xəstəlikləri var idi. Bunların arasında kardiyomiyopatiya, infarktın fəsadları və ateroskleroz da var” , - deyə qərargahda bildirilib.

Rusiyada, Koronavirusla Mübarizə üzrə Federal Qərargahın məlumatına görə, son sutkada 2186 nəfərdə COVID-19 virusu aşkar olunub və bu virusa yoluxanların ümumi sayı 15 770 nəfərə çatıb, 1129 nəfər sağalıb, 130 nəfər ölüb.