Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabirabad rayonu  ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb. 

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, araşdırma zamanı Sabirabad rayonunun Kür çayının mühafizə zolağında ağac və kolların rayon sakini Zamin Xəlilov tərəfindən kəsildiyi, təbiətə 3120 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından  məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq  tədbirlərin 
görülməsi üçün toplanmış sənədlər Sabirabad rayon Prokurorluğuna göndərilib.