Hesablama Palatası qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəsaitlərin icrasının vəziyyəti ilə bağlı audit keçirir.

Unikal.org-un əldə etdiyi məlumata görə, audit dövrü isə 2009-2020-ci illəri əhatə edir.

Qeyd edək ki, bu dövürlər ərzində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli olub. 

Orxan Həsənli