Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə dövlət tərəfindən görülən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi “Biz birlikdə güclüyük”  layihəsi  çərçivəsində Kürdəmir rayonunda aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə sovqatlar paylanılır.

Unikal.org xəbər verir ki, Sovqatlar Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar vasitəsi ilə ünvanlara çatdırılır.