Beynəlxalq Valyuta Fondunun prezidenti Kristalina Georgieva koronavirusun dünya iqtisadiyyatına təsirindən danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, Bolqarıstanda jurnalistlərin sorğusuna cavab verərkən koronavirus pandemiyasının 2020-ci ildə 170 ölkənin iqtisadiyyatına mənfi təsir edəcəyini bildirib. 

Bu təsirin 1930-cu ildə baş verən Böyük Böhrandan da ağır olacağını qeyd edən Kristalina Georgieva öz vətəni olan Bolqarıstanın ümumi daxili məhsulunun (ÜDM) 2020-ci ildə 4 % azalacağını, ancaq 2021-ci ildə 6 % artımın gözlənildiyini vurğuladı.

O, həmçinin hal-hazırda dünyada baş verən hadisələrin bu günə qədər yaşananların heç birinə bənzəmədiyini də deyib.