"Təxirə salınan bəzi imtahanların formatı müəyyənləşdiriləcək. İmtahanlarda kütləvilik məsələsinin həlli Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən müəyyən ediləcək".

Unikal.org xəbər ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

DİM sədri vurğulayıb ki, imtahanlarda bir partanın arxasında yalnız bir abituriyentin oturması mümkün olacaq: "Əvvəllər stol arxasında iki nəfər otururdu. İndi əsas məsələ sanitar gigiyenik təhlükəsizliyin təmin edilməsidir. Abituriyentlər arasında 1 metr məsafə olmalıdır".