Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin müvafiq əmri ilə Vüqar Süleymanov Aparat rəhbəri təyin olunub.

V.Süleymanov bundan əvvəl sözügedən nazirlikdə şöbə müdiri vəzifəsində çalışıb. 

Xəbəri Unikal.org-a nazirliyin mətbuat katibi İradə İbrahimova təsdiqləyib.

Xatırladaq ki, bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Aparat rəhbəri Vüqar Kərimov olub.

Amid Əyyuboğlu