Artıq bir neçə gündür Sumqayıt şəhərində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının və eyni zamanda “evdə qal!” çağırışının təmin olunması məqsədi ilə aztəminatlı ailələrə yardım paylanılması aksiyası davam edir.

Unikal.org xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən aksiya çərçivəsində ümumilikdə 5 mindən çox aztəminatlı ailəyə ərzaq bağlamaları paylanılıb.

Aksiya çərçivəsində Sumqayıt şəhərində müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha və ehtiyacı olan şəxslərə 50 kiloqramlıq ərzaq məhsullarından ibarət yardım sovqatları öz evlərində təqdim olunub.

Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.