Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirusla bağlı araşdırmalar davam etdirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Çinin Zhejiang Universitetində aparılan araşdırmanın nəticələri hər kəsi təəccübləndirib.

Belə ki, araşdırmada yaşları 4 ay və 71 arasında dəyişən insanlardan götürülən nümunələrdən istifadə olunub. Nəticələrə görə, koronavirus mutasiyaya uğrayaraq 30 fərqli növə ayrılıb və onlardan 19-na daha öncə rast gəlinməyib. 

Bildirilib ki, nisbətən zəif koronavirus növləri ABŞ-da, güclü viruslar isə Avropada yayılıb. Avropada yayılan koronavirusun ən zəif hesab edilən növdən 270 qat daha çox hüceyrə ölümünə səbəb olduğu məlum olub.