Azərbaycanda koronavirus xəstəliyinə yoluxanlar arasında 50-59 yaşlı insanlar üstünlük təşkil edir.

Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ikinci yerdə 30-39 yaş arasında olan xəstələr gəlir.

“Koronavirusa yoluxan xəstələrin 5 faizi 0-9 yaş arasında olanlar, 2 faizi isə 80 yaşdan yuxarıdır. Yoluxanların 54 faizi qadınlar, 46 faiz kişilərdir. Xəstəlikdən vəfat edənlər arasında əsasən 60-69 yaşa arasında olanlar üstünlük təşkil edib. Yalnız bir xəstəmiz 40-49 yaş arası olub. Həmin xəstədə isə qaraciyər serrozu olduğu üçün belə nəticə əldə olunub”.