Bakıda tanınmış həkimin dəyəri 2000 manat olan velosipedi oğurlanıb.

Unikal.org xəbər verir ki, Yasamal rayon sakini Sahib Bilalzadəyə məxsus dəyəri 2000 manat olan velosiped naməlum şəxs tərəfindən oğurlanıb.
Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Mahir Həsənov və 1994-cü il təvəllüdlü Kənan Fərəcullazadə saxlanılıb.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının üz-çənə cərrahı Sahib Bilalzadə Unikal.org-a oğurlanan velosipedin ona məxsus olduğunu təsdiqləyib.

Amid