"Pandemiyanın müddətini dəqiq proqnozlaşdırmaq mümkün deyil və bu müddət qaydalara riayət edilməsindən asılıdır”.

Unikal.org-un məlumatına görə bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, sahibkarlar yeni qaydaları başa düşməli və tətbiq etməlidir.

"Fərdi gigiyena və sosial məsafə gündəlik həyat tərzinə çevrilməlidir", - deyə nazir qeyd edib.

M. Cabbarov əlavə edib ki, sanitar epidemioloji göstəricilər proqnozlaşdırılan səviyyəyə çatarsa, onu aşarsa və hər hansı təhlükə yaranarsa, tədbirlərin yenə də sərtləşdirilməsi imkanı, hətta planlaşdırılmış səkildə məhdudiyyətlərin tətbiqi müzakirə mövzusu ola bilər.

Nazir bildirib ki, artıq İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” qanuna müvafiq dəyişikliklərlə bağlı təkliflər hazırlanıb və təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim olunub.

"Fərdi gigiyena qaydaları müəssisələrinin xərclərinə əlavə ediləcək. Gigiyena qaydaları, tibbi maskalardan istifadə vaksinasiya tapıkanadək bizim gündəlik həyat tərzimizə çevrilmədir. Amma həyat davam edir, iqtisadiyyat davam edir. İnsanlar yavaş-yavaş iş yerlərinə qayıtmalıdırlar" , - deyə nazir qeyd edib.