“Yuventus”un futbolçusu Kriştiano Ronaldo gələcəyiylə bağlı qərarını verib.

Unikal.org xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. Ronaldo, “Yuventus” rəhbərliyinə daha iki il komandada qalacağıyla bağlı söz verib.

35 yaşlı hücumçunun “qoca sinyora” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.