“Aston Villa” klubu koronavirus pandemiyasına görə yaranmış iqtisadi durumla əlaqədar futbolçularının məvacibini azaldıb.

Unikal.org xəbər verir ki, Premyer Liqa təmsilçisinin futbolçu və məşqçi heyətinin maaşında 25 faizlik endirim edilib.

Qarşıdakı dörd ay ərzində məvaciblər məhz bu formada ödəniləcək.