Günay Bankı ASC-nin təqdim etdiyi hesabatdan görünür ki, keçən ilin müvafiq dövrünə nisbətən Bankın mənfəəti 2.8 dəfə, yəni 391min manata qarşı 1.076min manata artıb. 

Unikal.org xəbər verir ki, ilin əvvəlin nisbətən nağd pul vəsaitləri 25.033min manatdan, 3.316min artaraq  28.349min manat yüksəlib. 

Məcmu kapital isə keçən ilin müvafiq dövrünə nisbətən (62.343.029 manatdan, 65.371.043 manat yüksələrək) 3.028 min manat və ya 4.9 % artmışdır. İlin əvvəlinə nisbətən məcmu kapital 1.293 min və ya 2 % artıb. 

Ümumi aktivlərdə  20.468min və ya 9 % artım görünür. Digər bütün sahələrdə də müsbət tendensiyalar davam edir.

Gunay Bank məlum pandemiya ilə mübarizə tədbirlərinə qoşulmaqla yanaşı öz heyəti ilə vətəndaşların xidmətində dayanmış və mümkün qədər fəaliyyətini keyfiyyətlə həyata keçirməyə çalışıb.