Sumqayıtda 37 yaşlı kişinin bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanıb.

Unikal.org-un məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Şəhər sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Ramil Xəlilov tanışı Elxan Rüstəmov tərəfindən bıçaqlanıb. 

Yaralı xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, E. Rüstəmov saxlanılıb.