“Neftçi”nin sabiq futbolçusu Kiril Petrov müsahibə verib.

Unikal.org xəbər verir ki, Ukrayna “Kolos”unda forma geyinən yarımmüdafiəçi, klubun saytına verdiyi müsahibədə, Ukrayna Premyer Liqasıya Azərbaycan Premyer Liqasını da müqayisə edib:

“Ukrayna çempionatı fiziki baxımdan daha mürəkkəbdir. Bütün komandalar fiziki cəhətdən güclüdür. Ancaq Azərbaycanda futbol oynamağa daha çox icazə verirlər. Burada fiziki güc bir az arxa planda qalır. Legionerlərə görə Azərbaycan çempionatının yaxşı səviyyəsi var”.

Petrov, 2017-ci ilin yanvarından 2020-ci ilin yanvarına qədər “Neftçi”də çıxış edib.