Bütün dünyada tüğyan edən yeni növ koronavirusla (Covid-19) bağlı araşdırmalar davam etdirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın İndiana ştatında yerləşən Purdue Universiteti koronavirusun necə yayıldığı ilə bağlı araşdırma aparıb. Bunun yalnız koronavirusa yox, həmçinin hava yolu ilə yoluxan bütün xəstəliklərə aid olduğu bildirilib.

Qeyd olunub ki, virus daşıyıcısı olan şəxsin bir dəfə öskürməsi çevrəsində olan 10 nəfəri ciddi risk altına alır. Eyni zamanda animasiya vasitəsilə xəstəliyə səbəb olan patogenlərin təxmin olunduğundan daha uzaq məsafələrə yayıldığı görünür.

Bildirilib ki, insanlar arasında 1,5 metr sosial məsafənin saxlanılması xəstəliyin yayılmasının qarşısını ala bilər.