Dünyada hər kəsi təşvişə salan yeni növ koronavirusla (Covid-19) bağlı araşdırmalar və peyvənd axtarışları davam etdirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Allergiya və Yoluxucu Xəstəliklər İnstitutundan sevindirici xəbər gəlib. Belə ki, ebola virusunun müalicəsində istifadə olunan "Remdesivir" adlı dərmanın koronavirusa da təsir etdiyi məlum olub.

İnstitut rəhbəri Antoni Fauki açıqlamasında "Əldə edilən məlumatlar göstərir ki, bu dərman koronavirusun müalicəsinə müsbət təsir göstərir" sözlərini deyib.

Qeyd edək ki, tədqiqat aparılması məqsədilə bu dərmanın verildiyi koronavirus xəstələrinin 10 gün sonra köməkçi cihaz olmadan nəfəs aldıqları müşahidə olunub.